Böyük Britaniyada saxta əsaslarla miqrantlara sığınacaq almağa “kömək edən” şəbəkə ifşa edilib.
Bizim.Media xəbər verir ki, şəbəkəni ifşa etmək üçün BBC-nin müxbiri şəbəkənin istifadə etdiyi ofislərdən birinə yaxınlaşıb.
Müxbir özünü Banqladeşdən olan tələbə kimi təqdim edib və Böyük Britaniyada qalmaq üçün necə sığınacaq ala biləcəyini öyrənmək istəyib.
Özünü vəkil kimi təqdim edən Zahid Həsən Əhənd ona müxtəlif variantlar və Daxili İşlər Nazirliyini necə aldatmaq barədə danışıb.
Gey, ateist və ya siyasi fəal
Əhənd bildirib ki, sığınacaq almaq üçün üç yol var: cinsi oriyentasiyasına, dini inanclarına və ya siyasi baxışlarına görə təqiblərlə üzləşən biri kimi.
“Vəkil” 1500 funt sterlinq qarşılığında hüquqi məsələləri həll edəcəyini bildirib. Sığınacaq almaq istəyən şəxsdən üç yoldan birinə uyğun obraz formalaşdırmaq tələb olunub.
Əgər o, özünü ateist elan etmək yolunu seçsə, sosial şəbəkələrdə İslamı və ya Məhəmməd peyğəmbəri təhqir edən paylaşımlar etməlidir.
"Din xadimləri sizi öldürməklə hədələyən şərhlər yazmağa başlayacaqlar. Siz isə sığınacaq müsahibəsi zamanı həmin şərhləri sübut kimi təqdim edəcəksiniz”, - deyə Əhənd bildirib.
“Vəkil” siyasi əsaslarla sığınacaq almağın isə daha çətin olduğunu deyib. Bu imkandan yararlanmaq istəyən şəxsə qarşı öz ölkəsində hüquqi iddia qaldırılmalıdır.
Ən asan üsul kimi isə gey kimi davranmaq tövsiyə edilib:
“Çünki Daxili İşlər Nazirliyi bu halda keçmiş hekayənizlə maraqlanmayacaq. Ancaq müəyyən dəlillər təqdim etmək lazımdır. Məsələn, müxtəlif LGBT klublarına üzvlük kimi. Çünki sığınacaq üçün müraciət etdikdə bununla bağlı suallar verirlər. Siz həmin LGBT dərnəklərinin üzvü olduğunuzla bağlı məktub təqdim edə bilərsiniz. Bu dərnəklərə getsəniz, yaxalanmayacaqsınız. Çünki oradakıların əksəriyyəti LGBT fərdi deyil”.
BBC-nin məqaləsində qeyd olunub ki, saxta yollarla sığınacaq “təşkil edən” yeganə şəxs Zahid Həsən Əhənd deyil. Araşdırma zamanı 2018-2021-ci illərdə Banqladeşdən oxşar üsullarla sığınacaq üçün müraciət edib uğur qazanmış çox sayda şəxsin olduğu üzə çıxıb.
Saxta veb-saytlar
Məqalədə ən diqqətçəkən məqam isə gey, siyasi fəal və ya ateist kimi sığınacaq almaq istəyən şəxslərin oxşar sübutlar təqdim etməsidir. Onlar eyni saytlarda dərc olunan xəbər və məqalələri sığınacaq almaq üçün təşkil olunan müsahibədə fakt kimi təqdim ediblər. Həmin məqalələrdə sığınacaq istəyən şəxslərin guya siyasi mövqeyinə görə təqib olunduğu, dini görüşlərinə görə təzyiqlərə məruz qaldığı, yaxud da gey olduğu üçün ölümlə təhdid ediliyi kimi məlumatlar dərc olunub.
Lakin sözügedən veb saytlar şəbəkəsinin də saxta sığınacaq təşkil edən qrupla əlaqəli biri tərəfindən yaradıldığı məlum olub. Bu saytlarda konkret sığınacaq müraciəti edənlərin adlarını çəkən az sayda məqalədən başqa, Banqladeşdə baş verən hadisələrlə bağlı xəbərlər də paylaşılıb. Bununla da, şəbəkə öz məqsədini gizlətməyə çalışıb.
Foto çəkdirmək üçün təşkil olunan aksiyalar
Siyasi sığınacaq almaq istəyənlər isə guya etiraz aksiyalarında çəkilmiş fotolarını sübut göstəriblər. Lakin araşdırma nəticəsində həmin siyasi etirazların məhz bir neçə iştirakçının fotolarını çəkmək və sonradan Britaniya DİN-ə təqdim etmək üçün təşkil edildiyi də üzə çıxıb.
Qeyd edək ki, Azərbaycandan da çox sayda şəxs oxşar bəhanələrlə Qərb ölkələrində sığınacaq alıblar.
Onlar əksər hallarda özlərini gey və ya siyasi fəal kimi təqdim ediblər. Bir sıra şəxslər isə oxşar bəhanələrlə saxta obrazlar yaradaraq, xarici fondlardan qrantlar alıblar. Böyük ehtimalla onlar da, bənzər şəbəkələrin xidmətindən yararlanaraq, saxta obraz yaradıb və öz “istək”lərinə nail olublar...
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта