RU

Zəngilanda Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilirBu gün Zəngilan şəhərində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasa Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazir müavini Aleksey Overçuk həmsədrlik edir. Tədbirdə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edirlər.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatda ticarət-iqtisadi, nəqliyyat, investisiya, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tərəflərin əvvəlki iclaslarda əldə olunmuş razılaşmaların icra vəziyyətini də nəzərdən keçirməsi gözlənilir. İclas çərçivəsində regional əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılır.

Zəngilanda keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

Избранный
12
1
day.az

2Источники