RU

Uşaq qidasından həşərat çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib − Yenilənib

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Baku Kids Company” MMC şirkəti “Humana” körpə qidasında qurd aşkar edilməsi ilə bağlı mediada yayımlanan məlumatlara münasibət bildirib.

Yeniavaz.com şirkətin münasibətini olduğu kimi təqdim edir: 

"Baku Kids Company" MMC şirkəti olaraq bildiririk ki, sözügedən iddialar həqiqəti əks etdirmir. “Humana” brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakuumlu qablaşdırmada istehsal olunur.

Qeyd edək ki, vakuumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbii baxımdan mümkün deyil. Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur ki, bu da məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.

Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda - rəng və konsistensiyasında dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır.

Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir. Həmçinin bildiririk ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadıqda, kənar təsirlər nəticəsində bu kimi hallar yarana bilər.

"Baku Kids Company" MMC olaraq bildiririk ki, təqdim olunan görüntülər və iddialar reallığı əks etdirmir və ictimaiyyətdə əsassız narahatlıq yaratmağa xidmət edir. Şirkət öz işgüzar nüfuzunu qorumaq hüququnu özündə saxlayır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq məsələlərin hüquqi müstəvidə həlli üçün müraciət edəcək".*** 14.04.2026  19:53Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.

Yeniavaz.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib.

O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.

Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfonun” sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.

Həmin görüntüləri təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
14
yeniavaz.com

10Источники