RU

Livan Prezidentinin İsraillə danışıqlar üçün ŞƏRTİ

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb.

“Al Jazeera“nın xəbərinə görə, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib.

Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmaqda maraqlı olduğunu deyib.

O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə edib.

“İsrail qüvvələrinin Livan ərazilərini tərk etməsi atəşkəsin möhkəmlənməsi üçün vacib addımdır. Beynəlxalq qanunla müəyyən olunmuş sərhədlərə Livan ordusu yerləşdirilməlidir”, - Livan Prezidenti qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
9
cebheinfo.az

10Источники