ain.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanın Ağalı kəndində aparılan bərpa-quruculuq işləri ilə tanış oldular
APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri ilk olaraq Ağalı kəndinə baş çərək orada aparılan quruculuq işləri ilə tanış olublar.
Qonaqlara Ağalı kəndində həyata keçirilən və təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulan “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.
Qeyd olunub ki, layihə çərçivəsində kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib.
Kənd sakinləri ilə görüşən nümayəndə heyəti onların hazırladığı şirniyyata qonaq oldular.
"Cebheinfo.az"




















Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.