RU

Yeni yol nişanı qoyuldu, amma sürücülər tanımır...

Son günlərdə Bakı küçələrində yeni yol nişanı quraşdırılıb. 

Belə ki, sözügedən yol nişanı qırmızı işıqda sağa dönməyə icazə verir. Söhbət işıqforun qırmızı işıq bölməsinin sağında quraşdırılan 5.53 nişanından gedir. Bu sürücülərə işıqforun siqnalından asılı olmayaraq, qaydalara riayət etməklə sağa dönməyə icazə verir. Lakin hələ də sürücülər yeni nişanı tanımadıqları üçün bir çox yerlərdə qırmızı işığın sönməsini gözləyirlər. Bu zaman nişanı tanıyan arxadakı sürücülər siqnal verirlər. Nəticədə, süni tıxac yaranmış olur.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib.

O bildirib ki, bu, Yol hərəkəti Haqqında qanuna edilmiş əlavə və dəyişikliklərə nəzərən qəbul olunmuş qərardır:
“Üstəlik, sözügedən nişan Cenevrə Konvensiyasında da qəbul olunub. Bu nişanın tələbi ondan ibarətdir ki, işıqforun qırmızı işığında sağa dönməyə icazə verir. Daha dəqiq desək, avtomobil hər hansı digər hərəkət iştirakçılarına mane törətmirsə dönə bilər”.

Ekspert qeyd edib ki, bəzən bu nişanın tələbi müəyyən dərəcədə pozulduğu üçün sürücülər çaşa bilir:
“Əslində, hərəkət iştirakçılarına mane olan yol yoxdursa, burada onun tələbinin pozulması kimi bir anlayış da mövcud deyil”.

Pərviz

Избранный
5
hit.az

1Источники