RU

Xeyli pul yığırlar, amma... Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? Baku TV

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 1 ünvanında təxminən 8 il əvvəl çoxmərtəbəli binanın tikintisinə başlanılıb.

Sakinlər isə iddia edirlər ki, bu müddət ərzində bina hələ də tam olaraq təhil verilməyib.

Həmçinin qeyd edilib ki, mənzillərin çıxarışı olmadığından vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər. Sakinlər bildirirlər ki, MTK hər bir sakinə müqavilə ilə mənzil satıb, amma öhdəliklərini yerinə yetirmir.

"Generator yoxdur. İşıqlar sönəndə, sakinlər evlərinə çıxa bilmirlər. Bəziləri liftdə qalır. Onların arasında ürəyi tutanlar da olur. Qaraj bizə verilmir. MTK bundan külli miqdarda pul qazanır", – deyə şikayətçi Tural Sevdimalıyev narazılığını dilə gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
baku.ws

1Источники