RU

On nəfəri öldürən şagirdi aşbaz zərərsizləşdirib - DETALLAR

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi İsa Aras Mersinlinin zərərsizləşdirilməsinin detalları məlum olub.

“Yeni sabah” xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına əsasən, İsa Aras Mersinlini məktəbdə iki uşağı oxuyan və başqa bir qurumda aşbaz işləyən bir valideyn zərərsizləşdirib.

Həmin valideyn istintaqa ifadəsində bildirib ki, hadisə zamanı silah səslərini eşidərək məktəbə daxil olub. O, müəllimlər və bufet işçisi ilə birlikdə hücum edən silahlı şəxsi saxlamağa çalışıb.

O ifadəsində bildirib ki, İsa Aras Mersinlinin başqalarına zərər verməsinin qarşısını almaq məqsədilə əlinə keçən bıçaqla onun ayaq nahiyəsinə zərbə endirib.

“Məqsədim onun qaçmasının və başqalarına zərər verməsinin qarşısını almaq idi”, valideyn ifadəsinə əlavə edib.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, İsa Aras Mersinli aldığı kəsici-deşici xəsarət nəticəsində böyük damar zədələnməsi və güclü qanaxma səbəbindən həyatını itirib.

Qeyd edək ki, 8-ci sinif şagirdi İsa Aras Mersinli aprelin 15-də məktəbə silahlı hücum edib. Əlində 5 tapança və 7 güllə darağı olan hücumcunun açdığı atəş nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.  


Telegram kanalımız
Избранный
63
1
yenisabah.az

2Источники