RU

Azərbaycanda bu şirkət nizamnamə kapitalını 14,3 milyon manat azaldır

BAKI, 16 aprel. TELEQRAF

Azərbaycanda 2021-ci ildə dövlət qeydiyyatına alınan "G CAPİTAL" MMC nizamnamə kapitalını 14 milyon 397 min 300 manat azaldır.

Teleqraf xəbər verir ki, şirkətin kapitalı 153 milyon 775 min 100 manatdan 139 milyon 377 min 800 manata endirilir.

Qeyd edək ki, "G CAPİTAL" MMC ilkin olaraq 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Növbəti illərdə şirkətin kapital məbləği bir neçə dəfə dəyişdirilib. MMC-nin qanuni təmsilçisi Toğrul Hacıyevdir.

Избранный
29
teleqraf.com

1Источники