RU

Meydana girib hakimi güllələdilər

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ekvadorda həvəskarlar arasında futbol oyunu zamanı hakim öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, Pasaje şəhərində keçirilən qarşılaşmada bir neçə nəfər meydana girərək referi Xavier Orteqanı güllələyib. 

Cinayətkarlar hadisə yerindən qaçıb. Hakim xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. 

Həvəskarlar liqasındakı bütün matçlar isə təxirə salınıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
qafqazinfo.az

2Источники