RU

Zelenski Ukraynanı hərbi alətə çevirir Rusiya XİN

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini sərt şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, Zaxarova brifinq zamanı bildirib ki, Zelenski Ukraynanı qəsdən Rusiyaya qarşı hərbi alətə çevirir.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi ölkə vətəndaşlarını, o cümlədən gəncləri hərbi proseslərə cəlb edir: “Zelenski Ukrayna xalqını Silahlı Qüvvələrin xidmət personalına çevirir və hətta uşaqları belə səngərlərə göndərməyə hazırdır”.

Diplomat iddia edib ki, Ukraynada azyaşlılar üçün hərbi yönümlü təlim mərkəzləri fəaliyyət göstərir və bəzi düşərgələrdə ideoloji təbliğat aparılır.

Zaxarova həmçinin Ukraynada nasizm ideologiyasının təbliğ edildiyini iddia edərək bu prosesin dövlət səviyyəsində dəstəkləndiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
redaktor.az

2Источники