RU

Bu söhbət dərin söhbətdi dedi və söydü Binəqədidə borca görə dava düşdü

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Binəqədi rayonunda qohumlar arasında yaranan pul davası məhkəmə zalında yekunlaşıb. Abay Kunanbayev küçəsində yerləşən marketlərin birində başlayan mübahisə tərəflərdən birinin xəsarət alması və cinayət işinin açılmasına səbəb olub.Demokrat.az xəbər verir ki, hadisə Bəhram və qohumu İslam (adlar şərtidir) arasında baş verib. Məlumata görə, avtomobildə gedərkən Bəhram qohumuna atasından qalan 2700 manatlıq tikinti borcunu xatırladıb. Tərəflər arasında yaranan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. İttiham aktına əsasən, Bəhram avtomobilin salonunda olan "Hell" enerji içkisinin dəmir qabı ilə İslamın baş nahiyəsinə zərbələr endirib, daha sonra isə onu yumruqla vurub.Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, qəfil hücum nəticəsində başı yarılıb və göz nahiyəsindən ciddi xəsarət alıb. O, borc məsələsinin əsassız olduğunu, əvvəllər təzyiq altında borcu etiraf etməyə məcbur qaldığını qeyd edib. Təqsirləndirilən şəxs isə ifadəsində yumruqdan istifadə etdiyini boynuna alsa da, dəmir qabla zərbə endirməsi faktını inkar edib. Mübahisəyə səbəb kimi İslamın onu insanların yanında təhqir etməsini göstərib.Bəhramın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Binəqədi rayonu ərazisində Dərnəgül metrostansiyasının yaxınlığında yaşayır:“Hadisə baş verən gün “Bolluq bazarı” adlanan ərazidə dəmir qəbulu ilə məşğul olan xalam oğlunun yanına gedən zaman təsadüfən İslam ilə rastlaşdım. O, hara getdiyimi soruşduğu zaman ona xalam oğlunun yanına getdiyimi bildirdim. İslam məni apara biləcəyini bildirdikdən sonra onun idarə etdiyi avtomobilə əyləşdim. Yolda İslamla aramızda mübahisə yarandı”. Təqsirləndirilən şəxs deyib ki, İslam ondan xalası oğlu Elmardan 5 manat alaraq ona verməsini xahiş edib:“Lakin mən bundan imtina etdim. Bu zaman İslam ünvanıma təhqiramiz ifadələr işlətdi və avtomobili saxladı. Bundan sonra İslamdan mənə olan borcunu nə vaxt qaytaracağını soruşdum. İslam isə bu söhbətin dərin söhbət olduğunu və söyüş söyərək hər hansı borcunun olmadığını bildirdi. Həmin an avtomobilin içərisində İslamı yumruqla vurdum. İslam isə mənim qulağımdan yapışdı və biz avtomobilin içərisində dalaşmağa başladıq. Bir müddət dalaşdıqdan sonra yaxınlıqda işləyən xalam oğlu səs-küyü eşidərək, bizim olduğumuz avtomobilə yaxınlaşdı. O, avtomobilin qapısını açaraq İslama sürüb getməyini dedi. Lakin, İslam avtomobildən yerə düşdü və ətrafda insanların olmasına baxmayaraq, ünvanıma söyüşlər söyməyə başladı. Mən özüm həmin ərazidə yaşadığımdan və oradakı insanlar məni tanıdığından, İslamın həmin insanların eşitdiyi şəraitdə söyməsi mənə pis təsir etdi. İslama yaxınlaşaraq bir dəfə yumruqla vurdum. İttihamda mənim İslamı “Hell” içkisinin qabı ilə vurmam barədə yazılanlar həqiqəti əks etdirmir. Mən onu yalnızca yumruqla vurmuşam”.Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, İslamın hazırda yaşadığı evi onun atası inşa edib:“Həmin evin inşasına görə İslamın atama 2700 manat borcu qalıb. Mən İslamla atamı üzləşdirmişəm və İslam həmin vaxt atama 2700 manat borcu olmasını etiraf edərək, pulu ödəyəcəyinə söz vermişdi. İslamla dalaşdığımız vaxt onun maşınında “Hell” içkisinin qabı olub. Lakin onu həmin qabla vurmamışam”. İş üzrə zərərçəkmiş İslamın sözlərinə görə, Bəhramın rəhmətlik atası onun evinin tikilməsində iştirak edib və aralarında haqq-hesab olub:“Hadisə baş verən gün Bəhramla birlikdə onun avtomobili ilə gedərkən, atasına borcum qaldığını dedi. Mən isə söyüş söyərək “borcu olanı belə-belə olsun” dedim. Bəhram məni səhv başa düşərək, elə zənn etdi ki, onu söymüşəm. Bundan sonra Bəhram mənə yumruq atdı və biz avtomobilin içərisində dalaşmağa başladıq. Dalaşma zamanı İslam maşında olan “Hell” içkisinin qabı ilə başıma vurdu və mənim başım yarıldı. Qısa bir müddət avtomobilin içərisində dalaşdıqdan sonra İslam maşından düşdü, sürücü yan şüşəsindən yaxınlaşaraq yumruqla gözümə vurdu. Bundan sonra avtomobilimi sürərək, hadisə yerindən uzaqlaşdım”.İslam qeyd edib ki, onun Bəhramın atasına hər hansı məbləğdə borcu olmayıb: “Təxminən məlum hadisədən 2 il əvvəl Bəhram məni görüşə çağırdı. Görüşə getdikdə gördüm ki, orada Bəhramın atası və Bəhramdan başqa 5-6 nəfər də tanımadığı şəxs var. Mən görüşə tək getdiyimdən həmin şəxslərin hansısa xəsarət yetirməsindən çəkindim, Bəhramın atasına borcum olmasını qəbul etdim və pulu ödəyəcəyimi bildirdim”. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Bəhramın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 1 il 11 ay 28 gün müddətinə şərti cəza verilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
1
demokrat.az

2Источники