RU

Görün Orban ən çox nədən peşman olub

Parlament seçkilərində məğlub olan Macarıstanın Baş naziri Viktor Orban ən çox peşman olduğu məqamın "Pakş-2" AES layihəsinin daha əvvəl reallaşdırılmaması olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, o, bu barəd "Patriota" portalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu atom elektrik stansiyasını "daha çox sürətlə inşa etmək" lazım idi. Siyasətçi qeyd edib ki, əgər bu edilsəydi, Macarıstan iqtisadiyyatı bu gün daha əlverişli vəziyyətdə olardı, çünki ölkədə daha çox və daha ucuz enerji olardı.

Orban "Ən çox nəyə görə heyfslənirsiniz?" sualına cavab olaraq, "Bu prosesin bu qədər uzun çəkməsini və bizim bunu tamamlaya bilməməyimizi hökumətin ciddi uğursuzluğu hesab edirəm" deyib.

Aprelin 15-də "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Macarıstanın yeni rəhbərliyinin "Pakş-2" layihəsinə marağını saxladığını bildirib. O qeyd edib ki, seçkilərdə qalib gələn Macarıstanın gələcək Baş naziri Peter Madyar bir neçə dəfə "Pakş-2"nin adını çəkərək, xüsusilə layihənin dəyəri ilə bağlı tənqidi fikirlər səsləndirib.

Избранный
45
publika.az

1Источники