RU

Putin TƏCİLİ iclas çağırdı, Zelenski “Onunla GÖRÜŞƏ hazıram” dedi – TV Musavat

Şimal və cənub qonşularımız savaş içindədirlər. Tehran gündəmində danışıqlar masası var. Belə ki, İranın xarici işlər nazirinin müavini Səid Xatibzadə ölkəsinin regional münaqişə və ABŞ-İsrail qarşıdurması ilə bağlı rəsmi və dəyişməz mövqeyini bəyan edib. Musavat.com xəbər verir ki, Tehran hazırda müzakirə olunan müvəqqəti sülh təkliflərini rədd edərək, regionda hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılmasını tələb edir.

Ordu Günü ilə bağlı aprelin 18-də keçirilməsi planlaşdırılan ənənəvi hərbi parad ləğv edilib. İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.

“Bu, mövcud atəşkəsin müharibə şəraitindən çox da fərqlənmədiyinə görə qərara alınıb”, - o bildirib. Əkrəminiya vurğulayıb ki, bu il parad əvəzinə kazarmalarda mədəni proqramlar keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin isə bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirəcək. Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Prezident Novo-Oqaryovoda işləyir. Günün ikinci yarısında dövlət başçısının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirəsi planlaşdırılır. İclasın mövzusunu ənənəvi olaraq prezident özü müəyyən edəcək", - D.Peskov bildirib.

Kreml rəsmisi həmçinin əlavə edib ki, bu gün V.Putinin qrafikində irimiqyaslı ictimai tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib. O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
22
musavat.com

1Источники