Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulub
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxıb.
O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşıb. Təmsilçimiz ipponla qələbə qazanaraq 1/8 finala yüksəlib.
Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib. Olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesdən üstün olub. O, yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşıb.
Bu dueldən də qalib ayrılan Hidayət adını finala yazdırıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olub.
Rəqibinə finalda məğlub olan Olimpiya çempionumuz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.
15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək