RU

“Venesuelada baş verənlər Belarus üçün dərs olmalıdır”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Belarusu yenidən münaqişəyə cəlb etmək üçün fəal hazırlıq gördüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski öz “Telegram” kanalında Ukraynaya gedən yolların genişləndirildiyi və Belarusun sərhəd zonasında artilleriya mövqelərinin qurulduğu barədə iddiaları paylaşıb.

Ukrayna lideri Belarusun faktiki rəhbərliyinə müvafiq kanallar vasitəsilə ciddi xəbərdarlıq göndərildiyini qeyd edib:

“Tapşırdım ki, Belarus rəhbərliyi Ukraynanın öz torpağını və müstəqilliyini müdafiə etməyə tam hazır olması barədə məlumatlandırılsın. Venesuelada baş verən son hadisələrin nəticələri Belarus hakimiyyəti üçün bir dərs olmalı və onları “səhv addımlardan” çəkindirməlidir”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
3
cebheinfo.az

4Источники