RU

Çinin ümumi daxili məhsulu 5 faiz artıb

Bakı. Trend:

Çin iqtisadiyyatı cari ilin birinci rübündə ötən ilin eyni dövrüilə müqayisədə 5 faiz artaraq, 33,4 trilyon yuana (təxminən 4,87trilyon ABŞ dolları) çatıb.

Trend xəbər verir ki, bubarədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Açıqlamadadeyilir ki, birinci rübdə istehsal və təklifin artımı sürətlənib,bazar tələbi yaxşılaşmağa davam edib, məşğulluq ümumən sabit qalıb,bazar qiymətləri orta dərəcədə yüksəlib.

Ekspertlər hesab edirlər ki, Yaxın Şərq münaqişəsinin qlobaliqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Çində ÜDM-in 5 faizlikartımı hökumətin illik hədəfə nail olacağını deməyə əsas verir.“Standard Chartered” bankının baş iqtisadçısı Din Şuan hesab edirki, xarici qeyri-müəyyənliklər artaraq ikinci rübdə Çiniqtisadiyyatına daha çox təsir göstərə bilsə də, hökumət çevikliyədiqqət yetirəcək.

Qeyd edək ki, Çin hökuməti 2026-cı il üçün ÜDM-in artımını 4,5-5faiz civarında hədəfləyib. Bəzi xarici ekspertlər qlobaliqtisadiyyatdakı çətinliklər, xüsusən də enerji qiymətlərininəhəmiyyətli dərəcədə bahalaşması səbəbindən bu hədəfə çatmağınçətin olduğunu düşünürdülər. Çin Baş Gömrük Administrasiyasınınməlumatına görə, ilin birinci rübündə ölkənin xarici ticarəti 15faiz çoxalaraq 11,84 trilyon yuana (təxminən 1,73 trilyon dollar)çatıb. İxrac 11,9 faiz, idxal isə 19,6 faiz artıb.

Избранный
9
1
az.trend.az

2Источники