Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Teymur Nağıyev avtomobili ilə yolu keçən piyada 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.