RU

Xaçmazda ən yüksək bal toplayan şagird tanınmış jurnalistin oğlu imiş... – FOTO/VİDEO

11-ci sinif buraxılış imtahanının nəticələrinə görə Xaçmaz rayonu üzrə ən yüksək göstəricini Çiləgir kəndində yerləşən Əfqan Yəhyayev adına tam orta ümumtəhsil məktəbinin bu ilki məzunu Ayxan Yusifli qazanıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Təhsil sektorunun müdiri Qələmşah Dostiyev bildirib ki, o, maksimum 300 baldan 295,4 bal toplayaraq rayon üzrə lider olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ayxan Yusifli həmkarımız – “AzərTAC”ın şimal bölgəsi üzrə müxbiri Elxan Yusiflinin oğludur.

Elxan Yusifli Bizim.Media-ya açıqlamasında oğlunun uğurlarından və onun maraq dairəsindən danışıb:

“Onun fizika, riyaziyyat və ingilis dili fənlərinə xüsusi marağı var. Hələ yeddinci sinifdə oxuyarkən fizika üzrə respublika fənn olimpiadasında qızıl medal qazanmışdı”.
 

Atasının sözlərinə görə, 1-ci qrup üzrə ali təhsilə hazırlaşan Ayxan gələcəkdə informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almağı planlaşdırır. Onun hədəfləri arasında xaricdə təhsil almaq da var.


Məktəbli əldə etdiyi nəticə ilə bağlı fikirlərini öz YouTube kanalında da bölüşüb. O, çıxışında Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertlərinin cavabların yoxlanılması prosesində ədalətli və humanist yanaşma sərgilədiyini qeyd edib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
13
3
bizim.media

4Источники