RU

Lukaşenko Trampı ALÇALTDI: “O, müvəqqəti fiqurdur”

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Tramp haqqında kəskin açıqlamalar verib.

Day.Az xəbər verir ki, o, RT-yə müsahibəsində Trampın hakimiyyətdə olduğu müddətdə ciddi nailiyyətlər əldə etmədiyini bildirərək onu "müvəqqəti fiqur" kimi xarakterizə edib.

Lukaşenko "O kimdir? O, sadəcə müvəqqəti işçidir, dörd illik mandatı var" ifadələrini işlədib.

O, oxşar vəziyyətin Avropa Birliyində də müşahidə olunduğunu vurğulayaraq, orada da tez-tez dəyişən rəhbərlərin uzunmüddətli siyasət yürütmək imkanlarının məhdud olduğunu qeyd edib.

Belarus lideri əlavə edib ki, dövlət başçısının effektiv fəaliyyət göstərməsi üçün daha uzun zaman və sabitlik lazımdır.

Eyni zamanda, məlumatlara görə, yaxın vaxtlarda Minskdə Belarus və ABŞ nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılır. Gözlənilir ki, danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli məsələsi olacaq.

Избранный
30
day.az

1Источники