RU

Meloni Makronun hərəkətinə görə şoka düşdü - VİDEO

Parisdə Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin artırılmasına dair beynəlxalq sammit keçirilib. Fransa və Böyük Britaniyanın həmsədrliyi ilə baş tutan tədbirdə əsas diqqət mərkəzində olan şəxslərdən biri də İtaliyanın Baş naziri Corciya Meloni olub.

Ölkə.Az xəbər verir ki, Yelisey sarayının bağçasında baş tutan qarşılanma mərasimində Fransa Prezidenti Emmanuel Makronun italyan həmkarına qarşı nümayiş etdirdiyi səmimi rəftar və diplomatik protokoldan kənara çıxan isti münasibəti beynəlxalq mətbuatın və sosial media istifadəçilərinin marağına səbəb olub.

Tədbirə parlaq qırmızı rəngli kostyumda qatılan Meloninin üslubu sammitin ən çox müzakirə olunan detalları arasında yer alıb. Fransa mətbuatı iddia edir ki, liderlərin bu qədər yaxın görüntüləri ölkənin birinci xanımı Brijit Makron tərəfindən birmənalı qarşılanmayıb.

Xatırladaq ki, sammit çərçivəsində tərəflər strateji əhəmiyyətli Hörmüz boğazında hərbi və mülki gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Избранный
29
1
olke.az

2Источники