RU

Azərbaycan İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının strateji tərəfdaşı kimi mühüm potensiala malikdir - Baş direktoru (ÖZƏL MÜSAHİBƏ)

Antalya. Trend:

Azərbaycan aqrar sektorun inkişafı, infrastruktur yatırımları vəregional nəqliyyat qovşağı kimi əlverişli coğrafi mövqeyi nəzərəalınmaqla, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının (IOFS) stratejitərəfdaşı kimi mühüm potensiala malikdir.

Bunu IOFS-in baş direktoru, səfir Berik Arın Antalya DiplomatiyaForumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibəsində deyib.

“Bu potensial mənim 2026-cı il 4–5 mart tarixlərində Bakıya sonişgüzar səfərim zamanı bir daha təsdiqini tapdı. Səfər çərçivəsindəAzərbaycan tərəfi IOFS-in Nizamnaməsini qısa müddətdə imzalamağahazır olduğunu bildirdi ki, bu da onun təşkilata üzvlüyünə yolaçacaq. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri MəcnunMəmmədov ilə keçirilən görüşlərdə biz dayanıqlı kənd təsərrüfatı,aqrar tədqiqatlar, ərzaq təhlükəsizliyi sistemləri və bu sahədəregional təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirəetdik”, - deyə Arın qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin aqrar-ərzaq məhsullarıticarətinin gücləndirilməsi, kənd təsərrüfatı təchizatzəncirlərinin inkişafı və bilik mübadiləsinin genişləndirilməsidaxil olmaqla, əməkdaşlığın praktik istiqamətlərini də nəzərdənkeçiriblər.

“Azərbaycanın bu sahələrdəki təcrübəsi, eləcə də ərzaqtəhlükəsizliyinin təmin olunmasına yönəlmiş beynəlxalq səylərdə, ocümlədən humanitar yardım sahəsində fəal iştirakı onu IOFS üçünmühüm tərəfdaşa çevirir. Eyni zamanda, dialoqumuz artıq mövcud olanəməkdaşlığa əsaslanır; bu çərçivədə Azərbaycan rəhbərliyi vəmüvafiq institutlarla yüksək səviyyəli təmaslar həyata keçirilir vəhər iki tərəf ərzaq təhlükəsizliyi sahəsində ümumi çağırışlarınhəlli üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyiniardıcıl şəkildə vurğulayır.

IOFS bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə, birgəlayihələrin həyata keçirilməsi, potensialın artırılmasıtəşəbbüsləri və proqramlarımıza inteqrasiya vasitəsilə region üçünpraktik və əhəmiyyətli nəticələrin əldə olunmasına hazırdır”, —deyə o əlavə edib.

Antalya Diplomatiya Forumu haqqında danışan Arın qeyd edib ki,bu il IOFS iqlim dəyişiklikləri, bazarların volatilliyi vəgeosiyasi qeyri-müəyyənlik şəraitində ərzaq təhlükəsizliyinin təminolunmasına kompleks yanaşmaların təşviqinə diqqət yetirir.

“Prioritetimiz dayanıqlı kənd təsərrüfatının inkişafı, suehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və İƏTdaxilində əməkdaşlığın genişləndirilməsi vasitəsilə dayanıqlı ərzaqsistemlərinin gücləndirilməsinin vacibliyini vurğulamaqdır. IOFShəmçinin yalnız istehsala yönəlmiş yanaşmalardan daha ədalətli,dayanıqlı və əlçatan ərzaq sistemlərinə keçidin zəruriliyini önplana çəkir.

“Həddindən artıq istehsal, lakin yetərsiz qidalanma”(Overproduced, Underfed) adlı panel müzakirəsinin mövzusuna uyğunolaraq, IOFS qlobal paradoksa diqqət çəkir: kifayət qədər ərzaqistehsal olunmasına baxmayaraq, qeyri-effektiv bölgü, münaqişələr,iqtisadi bərabərsizlik və təchizat zəncirlərindəki pozuntularsəbəbindən milyonlarla insan hələ də ərzaq çatışmazlığı iləüzləşir”,- deyə baş direktor bildirib.

O vurğulayıb ki, IOFS-in üzv dövlətlərə və tərəfdaşlara mesajıaçıq və netdir: ərzaq təhlükəsizliyi yalnız humanitar məsələ kimideyil, həm də iqtisadi sabitliyin və regional dayanıqlığın stratejizəmini kimi qiymətləndirilməlidir.

“Bu isə dialoqdan praktiki fəaliyyətə keçidi, konkrettəşəbbüslərin miqyasının genişləndirilməsini, investisiyalarınsəfərbər olunmasını və sektorlararası tərəfdaşlığıngücləndirilməsini tələb edir. Nəticə etibarilə, ərzaqtəhlükəsizliyi təkcə qida məsələsi deyil — bu, sabitlik, ləyaqət vəcəmiyyətlərimizin gələcək inkişafı məsələsidir. Natamamqidalanmanın davam etdiyi dünya qaçılmaz olaraq qeyri-sabitqalacaq”, - deyə o əlavə edib.

Arın qarşıdan gələn 7-ci Baş Assambleya barədə də danışaraqbildirib ki, bu tədbir IOFS üçün 2031-ci ilədək Strateji Baxışınhəyata keçirilməsi baxımından mühüm mərhələ olacaq.

“Assambleya IOFS-in ev sahibi ölkəsi olan QazaxıstanRespublikasının sədrliyi ilə keçiriləcək ki, bu da onun təşkilatınmandatına və prioritetlərinə davamlı liderliyini və sadiqliyininümayiş etdirir.

Görüş zamanı əsas diqqət əldə olunmuş irəliləyişinqiymətləndirilməsinə, prioritetlərin uzlaşdırılmasına və yerlisəviyyədə praktik təsir göstərən əsas proqramların irəlilədilməsinəyönələcək. Biz iqlimə dayanıqlı kənd təsərrüfatı, su ehtiyatlarınınsəmərəli idarə olunması və strateji əmtəə sistemlərinin inkişafı dadaxil olmaqla flaqman təşəbbüslər ətrafında üzv dövlətləriniştirakını daha da gücləndirəcəyimizə inanırıq ”, — deyə obildirib.

Baş direktorun sözlərinə görə, Assambleya həmçininəlaqələndirmənin gücləndirilməsi və IOFS-in praktik əməkdaşlıq,bilik mübadiləsi və birgə layihələrin həyata keçirilməsi mexanizmikimi rolunun möhkəmləndirilməsi üçün platforma olacaq.

“Nəticə etibarilə, bu, kollektiv öhdəliyin təsdiqlənməsi vəsəylərimizin İƏT məkanında ərzaq təhlükəsizliyinin ölçülə bilənşəkildə yaxşılaşdırılmasına çevrilməsi üçün bir imkandır.

Mövcud qlobal vəziyyət daha dayanıqlı, şaxələndirilmiş və özünütəmin edən ərzaq sistemlərinin formalaşdırılmasının vacibliyinivurğulayır. IOFS bu məqsədlə bir sıra praktik mexanizmləri təşviqedir.

Birincisi, regional əlavə dəyər zəncirlərinin gücləndirilməsi vəİƏT daxilində ticarətin inkişafı xarici bazarlardan asılılığınazaldılması üçün böyük önəm daşıyır. İkincisi, biz strateji ərzaqehtiyatları və böhranlara hazırlığın artırılması üçün bir-biriləəlaqələndirilmiş cavab mexanizmləri ilə bağlı təşəbbüsləri irəlisürürük. Üçüncüsü, xüsusilə su qıtlığı olan regionlarda iqlimədayanıqlı kənd təsərrüfatına və resursların səmərəli idarəolunmasına investisiyalar prioritet olaraq qalır.

Bundan əlavə, IOFS qərarların qəbulunun keyfiyyətini və erkənxəbərdarlıq sistemlərini yaxşılaşdırmaq məqsədilə potensialınartırılması, texnologiya transferi və məlumatlara əsaslananalətlərin tətbiqini dəstəkləyir. Bu kompleks səylər həmqısamüddətli dayanıqlığın, həm də uzunmüddətli sabitliyinartırılmasına yönəlib.

Qeyd etmək vacibdir ki, bu çağırışları təcrid olunmuş şəkildəhəll etmək mümkün deyil. Bu baxımdan IOFS dövlət və özəl sektorarasında çoxtərəfli əməkdaşlığı və tərəfdaşlığı gücləndirir, üzvdövlətlərdə əlaqələndirilmiş, miqyaslana bilən və dayanıqlıhəllərin həyata keçirilməsini təmin edir. Ümumi yanaşma ərzaqtəhlükəsizliyi sahəsində reaktiv tədbirlərdən proaktiv sistemdayanıqlığının formalaşdırılmasına keçiddən ibarətdir”, — deyə oyekunlaşdırıb.

Избранный
27
2
az.trend.az

3Источники