RU

Tramp: İran Hörmüz boğazını bir daha bağlamayacaq

Tramp: İran Hörmüz boğazını bir daha bağlamayacaq

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının Tehran rəhbərliyi tərəfindən açıldığını qeyd edərək mühüm açıqlamalar verib.

AFN.az xəbər verir ki, Tramp öz sosial media hesabında etdiyi paylaşımda İranın Hörmüz boğazını bir daha heç vaxt bağlamayacağını qəbul etdiyini bildirib.

O, artıq bu bölgənin dünyaya qarşı bir silah olaraq istifadə edilməyəcəyini vurğulayıb. Tramp həmçinin İranın Hörmüz boğazındakı minaları ABŞ-ın da köməyi ilə hazırda təmizləməkdə olduğunu qeyd edib.

Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətin İsrail-Lübnan razılaşması ilə əlaqəli olmadığını bildirən Tramp Livan ilə bağlı prosesin ayrıca idarə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda NATO ölkələrinə qarşı sərt mövqeyini yenidən gündəmə gətirən ABŞ Prezidenti boğaz məsələsi həll olunduğu üçün NATO-dan kömək lazım olub-olmadığı ilə bağlı telefon zəngi aldığını, lakin onlara gəmilərini neftlə doldurmaq istəmirlərsə, kənarda qalmalarını söylədiyini qeyd edib.

Xatırladaq ki, Tramp NATO müttəfiqlərini ehtiyac duyulduğu zaman işə yaramadıqlarını iddia edərək "kağızdan pələnglər" adlandırmışdı.

Избранный
31
50
afn.az

10Источники