RU

Ayxan Abbasovdan məğlubiyyətə şərh

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Bilirdik ki, rəqib son oyunlara final kimi baxır. Motivasiyaları var idi. Çox epizodlar qaçırırıq. Bütün oyun üstünlüyümüzlə keçir, şanslardan yararlana bilmirik. Belə oyunlarımız çox olur. Bəlkə də, futbolçuların ustalığı çatmır. Yenə də çalışdıq, son saniyəyə qədər epizoda girdik. Qələbə qazanmaq istəyirdik, olmadı.

– İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Bu, sizi tapşırığınız idi?

– Hava isti idi, bu da tempin yüksək qalmasına imkan vermirdi. Rəqib də sürətin artmasını istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı.

– Komandada motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? 

– Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq.

– Ötən mətbuat konfranslarında “Şamaxı”dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?

– Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Onlar da özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
futbolpress.az

2Источники