RU

Çövkən Liqasında dördüncü tur yekunlaşıb FOTO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının dördüncü turunun oyunları keçirilib. İki gün davam edən yarışlarda çövkən həvəskarları maraqlı və gərgin anların şahidi olublar.

İdman.Biz xəbər verir ki, turun ilk günündə, aprelin 17-də “Şamaxı” və “Elite” komandaları qarşılaşıblar. Bu mübarizədə qapılara qol vurulmayıb və oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər matçında “Atilla” komandası meydana çıxmadığı üçün rəqibi “Omar”a 6:0 hesablı texniki qələbə verilib.

Aprelin 18-də baş tutan oyunlarda isə “Polad” komandası “Zəfər” üzərində 2:0 hesablı üstünlük əldə edib. Turun ən məhsuldar qarşılaşması “Embawood” və “Xəzər” komandaları arasında baş tutub. Rəqib qapısından altı top keçirən “Embawood” sahəni 6:1 hesablı qələbə ilə tərk edib. Turun son oyununda isə “Sərhədçi” “Buta Golden” komandasını 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında beşinci turun oyunları 24-25 aprel tarixlərində keçiriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
icma.az

1Источники