RU

Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşüb



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüşüb.

"aia.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"C. Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və bu mühüm vəzifədə ona uğurlar arzulayıb", - məlumatda bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Fikir mübadiləsi siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələrini əhatə edib.

Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi kimi qeyd olunub. Dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində davamlı əməkdaşlıq və həmrəyliyin əhəmiyyəti qeyd edilib.

Regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu da xüsusi vurğulanıb.



Избранный
21
17
aia.az

10Источники