Aprelin 19-da Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.
Day.Az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.
Bildirilib ki, sabah bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.