RU

Azərbaycan və Türkmənistan enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlərnaziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabineti sədrininbirinci müavini və xarici işlər naziri Rəşid Meredov arasında görüşkeçirilib.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,tərəflər Azərbaycan-Türkmənistan tərəfdaşlığının əsas aspektlərinimüzakirə edərək, ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmətəəsaslanan ikitərəfli münasibətlərin möhkəm təməlini vurğulayıblar.Nazirlər həmçinin Avropa ilə Asiyanı birləşdirən strateji dəhlizlərboyunca enerji, nəqliyyat və tranzit infrastrukturu sahəsindəəməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirəediblər.

Həmçinin, regional və beynəlxalq hadisələrlə bağlı fikirmübadiləsi aparılıb, bütövlükdə regionda sülhün, sabitliyin vədavamlı inkişafın qorunmasının vacibliyi vurğulanıb. Hər iki tərəfmüxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək və bütünsəviyyələrdə sıx dialoqun davam etdirilməsi öhdəliklərini bir dahatəsdiqlədi.

Избранный
38
2
az.trend.az

3Источники