RU

Azərbaycan güləşçiləri “Çempionlar” turnirinə 5 medalla start verdi

Aprelin 17-də Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, U20 yaş qrupu üzrə keçirilən ənənəvi yarışın ilk günündə 5 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.

Избранный
21
8
90deqiqe.az

10Источники