RU

Azərbaycanda klub 10 ildir yerləşdiyi yerdən çıxarılır?

AFFA-nın balansında olan «Bayıl Arena» mayda təmirə bağlanacaq.

Bu məlumatı ictimaiyyətə federasiyanın baş katibi Cahangir Fərəcullayev açıqlayıb.

O, sözügedən məkanda kompleks yenidənqurma işlərinin aparılacağını bildirib.

Stadionda görüləcək işlər bir sualı gündəmə gətirib - 10 ildir burada məskunlaşmış «Səbail» nə edəcək, hara köçəcək?

Çünki belə xəbərlər var ki, qurum «dənizçilər»in ümumiyyətlə, adıçəkilən qəsəbə ilə vidalaşmasını istəyir və bunu bilən klub rəhbərliyi alternativ ünvan axtarışına çıxıb.

«Səbail»in mətbuat katibi Rəşad Məmmədov yayılan informasiyalara Sportinfo.az vasitəsilə münasibət bildirib:

«Klubumuzun AFFA ilə icarə müqaviləsi var. Mövsümün sonunadək ev oyunlarımızı orada keçirəcəyik.

Hal-hazırda da gündəlik məşqlərimizi Bayılda edirik. Komandamızın növbəti mövsümdə harada oynayacağına gəlincə, bu haqda yalnız yayda nəsə demək mümkündür.

Həmin vaxt klubla AFFA arasında stadiondan istifadəylə bağlı danışıqlar olacaq».

Избранный
21
sportinfo.az

1Источники