RU

Azərbaycan klubu keçmiş hücumçusuna olan borcunu “bağladı”

«Şəmkir» ötən mövsüm onun formasını geyinmiş Vidadi Cəfərova olan borcunu ödəyib.

Məlumat üçün deyək ki, hücumçu AFFA-nın Oyunçuların Statusu və Transferi komitəsinə müraciət ünvanlayaraq, keçmiş klubunun onun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirmişdi.

Sənədləri araşdıran komitə onun lehinə qərar çıxarıb. Həmin qərara əsasən, II Liqa təmsilçisi sabiq forvardına 2600 manat ödəniş etməlidir.

Müqavilədə göstərilib ki, o, mövsüm ərzində 29 qol vurarsa, «ağ-qırımızılar» Cəfərova maaşından əlavə, 2600 manat bonus ödəməlidir.

25 yaşlı ön xətt oyunçusu isə bu qol səddini keçib, 32 dəfə fərqlənib və II Liqanın bombardiri olub. Aradan 10 ay ötsə də, «Şəmkir» üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdi.

Artıq problem həllini tapıb. Region klubunun yeni prezidenti Adil Əliyev məsələdən xəbər tutan kimi həmin vəsaiti Cəfərovun hesabına köçürüb.

O da öz növbəsində AFFA-nı yazılı formada məlumatlandıraraq, daha «Şəmkir»dən heç bir istəyinin olmadığını bildirib.

Vaxtilə gənclər yığmasına cəlb olunmuş mingəçevirli hücumçu cari sezondan etibarən «Quba»nın şərəfini qoruyur. 22 tur ərzində 20 qola imza ataraq, yarışın bombardirlər siyahısında yer alıb.

SPORTİNFO.AZ

Избранный
20
sportinfo.az

1Источники