Bakı. Trend:
Sumatra adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzibildirib.
Məlumata əsasən, zəlzələnin episentri Padanqsidempuan şəhərindən(Şimali Sumatra əyaləti) 221 km cənub-qərbdə yerləşib. Yeraltıtəkanların ocağı 37 km dərinlikdə olub.
Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan edilməyib.