Yanvar-mart aylarında Azərbaycandan Almaniyaya bitumlu süxurlardan əldə olunan neft və neft məhsullarından 270,5 min ton həcmində, 127,5 milyon ABŞ dolları dəyərində ixrac edilib.
Bizim.Media-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 149,1 milyon ABŞ dolları və ya 53,9% azdır.
Həcm baxımından isə 223,4 min ton və ya 80,8% azalma qeydə alınıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycandan Almaniyaya bitumlu süxurlardan əldə olunan neft və neft məhsullarından 500 min ton həcmində, 276,6 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 4-cü yeri tutub.
Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта