RU

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

BAKI, 19 aprel. TELEQRAF

İndoneziyanın Sumatra adasında qeydə alınan 5,6 bal gücündə zəlzələ nəticəsində xəsarət alan və dağıntı barədə məlumat daxil olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sumatra adasında, Padangsidimpuan şəhərindən 221 kilometr cənub-qərbdə yerləşib. Təxminən 100 min nəfərin yaşadığı bu ərazidə yeraltı təkanların ocağı 37 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

Избранный
34
2
teleqraf.com

3Источники