RU

ABŞ hərbçiləri İran limanlarından çıxan 23 ticarət gəmisini saxlayıb

Hörmüz boğazının blokadası tətbiq ediləndən bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan 23 ticarət gəmisini saxlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Blokada başlayandan bəri 23 gəmi Amerika qüvvələrinin əmrlərinə tabe olaraq geri dönüb", - deyə bəyanatda bildirilir.

Pentaqon aydınlaşdırıb ki, bu günə qədər Amerika hərbi qulluqçuları heç vaxt bu gəmilərin heç birinin göyərtəsinə çıxmayıblar.

Bu arada, "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən bildirib ki, Hörmüz boğazında blokada əməliyyatlarında iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hücum bölmələri İranla əlaqəli neft tankerlərinə minməyə və ehtimal ki, onları ələ keçirməyə hazırlaşır.

Избранный
48
3
far.az

4Источники