Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda aliment öhdəliyi yalnız ər və arvad arasında deyil, eyni zamanda, valideyn-övlad münasibətində də tətbiq olunur.
Moderator.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu övladın bəzi hallarda valideynə aliment ödəmə öhdəliyi ilə bağlıdır.
Hansı hallarda övlad valideyninə aliment ödəməlidir?
Ailə Məcəlləsinin 82-ci maddəsində qeyd olunur ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
Əgər övlad könüllü şəkildə kömək etmirsə, valideyn məhkəməyə müraciət edə və məhkəmə övladın aliment ödəməsinə qərar verə bilər.
Həmçinin övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almaqda haqlıdır.
Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.