RU

Bakıda kilosu 145 manata satılan meyvə mübahisə yaratdı FOTO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının məşhur “Favorite” mağazasında alçanın 1 kilosu 145 manata təklif olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Sözügedən paylaşım ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. İstifadəçilər qiymətin absurd dərəcədə yüksək olduğunu bildiriblər.

Belə ki, görüntünü yayan şəxs 2 ədəd alçaya 5 manat 51 qəpik ödəməli olub.

Qiymətin məhsulun mənşəyi, keyfiyyəti və ya idxal xərcləri ilə bağlı olub-olmadığı barədə dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, bu tip bahalı erkən mövsüm alçaları əvvəllər də diqqət çəkib. Bəzi hallarda mövsümün əvvəlində alçanın kiloqramının çox yüksək qiymətlərə təklif olunduğu vurğulanır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники