RU

Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 19 %-ə yaxın artırıb

Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 19 %-ə yaxın artırıbBu ilin yanvar-mart aylarında Azərbaycan 125,169 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 0,973 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,5 % çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,13 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Избранный
6
20
sonxeber.az

10Источники