Müxalifətdəki Tisza partiyası Macarıstan parlamentində 141 yer qazanıb.
Macarıstanın Milli Seçki Ofisi səslərin 100 faizini emal etdikdən sonra bu barədə məlumat verib.
Qeyd olunur ki, hakim "Fidesz-Xristian Demokratik Xalq Partiyası" alyansının 52 mandatı var.
Macarıstanda parlament seçkisi aprelin 12-də keçirilib. Səsvermədə altı milyona yaxın seçici iştirak edib.