RU

Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu


Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ və "Mersedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Unikal"ın məlumatına görə, qəza zamanı ölənlər 1990-cı il təvəllüdlü Əli Canbul oğlu Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm İsmayıl oğlu Talıbovdur.

1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev isə xəstəxanaya çatdırılıb.

Qəza zamanı ölənlərin hərbçi, xəsarət alan R.Namazəliyevin isə ANAMA əməkdaşı olduğu bildirilir.

 


Избранный
26
1
nuh.az

6Источники