RU

Taksi sürücülərinin nəzərinə: sabahdan etibarən...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il martın 18-də keçirilən test imtahanında müvəffəqiyyət qazanmış taksi sürücülərinin şəhadətnamələrinin verilməsinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş imtahanda uğur qazanmış şəxslər şəhadətnamələrini aprelin 20-dən etibarən əldə edə bilərlər.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə sənədlərini DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürməlidirlər.

Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciət ərizəsinə şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
5
globalinfo.az

6Источники