RU

Azərbaycanda I rübdə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıb

Azərbaycanda I rübdə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıbBu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 834,4 milyon manat olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,8 %-ni təşkil edib.

Üç ayda hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Избранный
17
13
sonxeber.az

10Источники