RU

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

Türk dünyasında yeni mərhələ başlayır, dövlətlərin birgə fəaliyyəti nəticəsində sülhə və quruculuğa əsaslanan güc formalaşır. Bu yanaşma türk sivilizasiyasının dəyərlərinə uyğundur və Antalya Diplomatiya Forumu vasitəsilə dünyaya çatdırıldı. Çıxışlarda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu. Bu forum fikir bildirmək və eşidilmək üçün mühüm imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova söyləyib.

O, deyib: “Forum çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan panel təşkil edildi. Bu iclasdakı müzakirələrdə bir əsr əvvəl keçirilən qurultayın ideyalarının bu gün də aktuallığını qoruduğu vurğulandı. Qloballaşma şəraitində ortaq mədəni kimliyin, tarix və dilin qorunması vacibdir. İclasda da bu əhəmiyyət xüsusi qeyd edildi”.

Azərbaycanın regionda balanslı və sülhpərvər siyasəti ilə seçildiyini qeyd edən xanım ölkəmizin sosial və humanitar sahədə əldə etdiyi nəticələrlə də nümunə göstərildiyini vurğulayıb.

Избранный
5
2
azerbaijan-news.az

3Источники