RU

Tailand gəmisi Hörmüz boğazını tərk edib

Tailanda məxsus gəmi ölkənin Xarici İşlər Nazirliyinin təhlükəsiz keçidlə bağlı müraciətindən sonra Hörmüz boğazından çıxıb.

BAKU.WS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Siam Cement Group rəhbərliyi şirkətə məxsus iki gəmidən birinin artıq təhlükəli zonanı tərk etdiyini təsdiqləyib. Həmin gəmi üçün daha əvvəl İran ərazisindən təhlükəsiz çıxışla bağlı yardım istənilmişdi.

Nazirlik qeyd edib ki, vəziyyət nəzarətdə saxlanılır. Gəmi Tailanda çatdıqdan sonra isə boğazda qalan digər Tailand gəmilərinə dəstək göstərilməsi istiqamətində əlavə addımlar barədə məlumat veriləcək.

Избранный
18
far.az

1Источники