RU

Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı – FOTO

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini 2003-cü il təvəllüdlü İbadov Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə tapılıb.

Qeyd edək ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərən R. İbadov təxminən iki ay əvvəl ordudan təxris olunub.

Faktla bağlı araşdırma aparılır.

Aliyə,
NOCOMMENT.az

Избранный
7
13
nocomment.az

10Источники