RU

"Onlarla mən Aygün olmuşam" - Xalq artistindən AÇIQLAMA

Xalq artisti Aygün Kazımova "Öz aramızda" verilişində maraqlı fikirlər açıqlayıb. Proqrama telefonla qoşulan A.Kazımova,"Best of Aygun 40" albomundan, orada yer alan ifaçılardan da bəhs edib. SİTAT: "Bunlar mənim sevimli mahnılarımdır. Onlarla mən Aygün olmuşam. Bu mahnılarla günlər, anlar, hadisələr yaşamışam. Ona görə də hamısı özəl və vacibdir. Hər kəsə deməyə sözüm, ifası haqda danışmağa fikrim var. Görmədim ki, orada kimsə mənim ifamı təkrarlasın, hamı özü kimi oxudu.
"Best of Aygun 40" albomunda mahnılar yeni kimi səsləndi. Mənim üçün sevindirici haldır, eyni zamanda bəstəkarlar, şairlər, vaxtilə onun üzərində çalışanlar üçün də özəl andır. 40 ifaçı bizə yenidən maraqlı hisslər yaşatdı. Bravo, fəxr edirəm."

Mətləb

Избранный
5
2
sia.az

6Источники