RU

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Əskişəhər əyalətinə səfəri çərçivəsində qardaş ölkənin üç universitetinin rəhbərliyi ilə görüşlər keçirərək təhsil sahəsində əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə edib.

Publika.az xəbər verir ki, müşavir Əskişəhər Texniki Universiteti, Osmanqazi Universiteti və Anadolu Universitetində ali təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Bu universitetlərdə təhsil alan Azərbaycan tələbələrinin vəziyyəti, eləcə də Azərbaycan universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Bundan əlavə, N.Nəsibova müəllim Seda Gökmenin təşəbbüsü ilə həyata keçirilən “Qardaşıma məktub” layihəsində iştirak edən Əskişəhərdəki orta məktəbdə olub.

Избранный
27
publika.az

1Источники