RU

Merta enerji böhranını müzakirə etmək üçün Təhlükəsizlik Şurasını toplayacaq

BAKI, 20 aprel. TELEQRAF

Fridrix Merts Almaniyada mövcud enerji böhranını müzakirə etmək məqsədilə yaxın vaxtlarda Milli Təhlükəsizlik Şurasını çağırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, DPA agentliyinin yaydığı xəbərdə bildirilir ki, kansler Hannover sərgisinin açılışında çıxışı zamanı ölkə iqtisadiyyatı və vətəndaşların dizel yanacağı, benzin və aviasiya kerosini kimi əsas məhsullarla təminatının sabit qalmalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hazırda vəziyyət gərgin olsa da, tədarük təmin edilir və mümkün kəskinləşmə halı üçün müvafiq tədbirlər hazırlanıb.

Qeyd edək ki, Almaniyada hakim koalisiya – Xristian Demokrat və Xristian Sosial birlikləri ilə Sosial Demokrat Partiyasından ibarət hökumət ötən il müxtəlif böhranlara operativ reaksiya vermək məqsədilə Milli Təhlükəsizlik Şurasını yaradıb. Növbəti iclasa federal torpaqların nümayəndələrinin, o cümlədən Aşağı Saksoniyanın baş naziri Olaf Lies da dəvət olunacağı gözlənilir.

Merts bildirib ki, hökumət bütün mövcud alətlərdən istifadə edəcək və enerji təhlükəsizliyi Almaniya üçün ən yüksək prioritet olaraq qalır.

Избранный
39
3
teleqraf.com

4Источники