Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Gecə saatlarında Rusiya yenidən Ukraynanın bir sıra vilayətlərinə “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində yaralananlar, eləcə də yaşayış evləri və infrastruktur obyektlərində dağıntılar qeydə alınıb. Xüsusilə Kiyev vilayəti hücuma məruz qalıb.
Bizimyol.info xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin verdiyi məlumata görə, Brovar rayonunda 1974-cü il təvəllüdlü bir kişi yaralanıb və yerli xəstəxanaya yerləşdirilib. Bundan əlavə, iki fərdi yaşayış evi zədələnib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, hücum nəticəsində yaşayış evlərindən birində yanğın baş verib. 51 yaşlı bir şəxs xəsarət alıb və xəstəxanaya çatdırılıb
Bundan əlavə, Rusiya qüvvələri Xarkova da dronlarla hücum edib. Şəhərin Osnovyanski rayonuna endirilən zərbə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Bu barədə şəhər meri İqor Terexov məlumat verib.
Yaxın günlərdə ilk dəfə olaraq özəl hava hücumundan müdafiə sistemi reaktiv “Şahed” dronunu vurub. Ukraynanın müdafiə naziri Mixail Fedorovun sözlərinə görə, düşmən dronu saatda 400 kilometr sürətlə hərəkət edib. Hazırda 19 müəssisədə özəl HHM qrupları formalaşdırılır.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölməsi dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılan dron-tutucu vasitəsilə düşmən “Şahed”ini məhv etdiklərini bildirib.
Hərbi ekspert Pavel Narožnının sözlərinə görə, düşmən hədəflərinin 100 faiz məhv edilməsi demək olar ki, mümkün deyil.
“Düşmənin taktikası həmişə bizim HHM sistemimizi yükləməkdən ibarətdir. Məsələn, əgər müəyyən bir sahədə 100 ədəd tutucu dronumuz varsa, amma üzərimizə 110 “Şahed” gəlirsə, sonuncu 10-u vurmaq mümkün olmur, çünki artıq vasitə qalmır”, – deyə o izah edib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.