Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tiflisdə faciəvi şəkildə vəfat edib.BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, gənc qızın meyiti Tiflisdə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.